Livanın cənubunda Hizbullaha qarşı qurudan hücuma keçən İsrail daxildə də təhülkəsizlik tədbirlərini artırmağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu işğal altındakı Şərqi Qüds də daxil olmaqla bəzi bölgələrə yeni məhdudiyyətlər tətbiq edib.
Ordudan bildirilib ki, təhlükəsizliklə əlaqəli olaraq bu gündən etibarən 5 gün qüvvədə olan yeni qadağalar qüvvəyə minib: "Şərqi Qüds, Şimal İordan çayının qərb sahilləri və Qərbi Qüds də daxil olmaqla, bundan sonra açıq ərazilərdə 30-a qədər, qapalı yerlərdə isə 300-dək adam toplana bilməz. İş və təhsil fəaliyyətləri yalnız mümkün həyəcan siqnalı zamanı qorunan əraziyə çatmaq mümkün olan yerlərdə davam etdiriləcək. Digər əarzilərdə isə 5 gün müddətinə tədris də dayanacaq".
Tahir Şəlvəli
MİA.AZ