UEFA Avropa Liqasının ikinci turunda bu gün "Fənərbaxça"nı doğma meydanıdna qəbul edəcək "Tvente"nin baş məşqçisi Cozef Oostinq rəqibiə bağlı maraqlı fikirlər səsləndirb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  mətbuat konfransında sualları cavablandıran 52 yaşlı çalışdırıcının sözləriə görə, rəqibin həm əla baş məşqçisi, həm də yaxşı oyunçuları var: "Biz, bu oyunda da keçən həftə "Mançester Yunayted"lə oynadığımız oyunumuzu davam etdirmək istəyirik. "Mançester Yunayted" bizə yuxarıdan aşağı baxa bilər, amma bu, bizim üçün daha yaxşı motivasiya oldu. Biz keçən həftə çox yaxşı oynadıq, bacardıq. Hesab edirəm, "Fərənrbağça" qarşısında daha yaxşı oynaya biləcəıyik. Onların fiziki cəhətdən güclü heyəti və dünya şöhrətli məşqçisi var. “Fənərbağça”nın müdafiədə və ikili mübarizədə sərt bir komanda olduğunu faktdır. Cəsur komandadır. Onlar hücumda da yaradıcı və sürətlidirlər. Biz evdə oynayırıq. Keçən il də onlara qarşı yaxşı oynadıq. "Fənərbaxça" çox böyük klubdur və Mourinyo çox xüsusi məşqçidir. O, realist insandır. Amma mən də, oyunçularım da qorxaq deyil. Bu gün onunla əl sıxacağam. İnanıram ki, azarkeşlərin dəstəyi ilə daha çox şansımız olacaq".

Fərid ASLAN

MİA.AZ