Yunanıstanın Peloponnes bölgəsindəki güclü meşə yanğını başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, üç gün əvvəl başlayan yanğın nəzarədən çıxaraq artıq yaşayış massivinə yetişib.

Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, artıq rəsmilər yanğının təhdid elədiyi iki qəsəbəbini - Sofiana və Rethi kəndlərinin sakinlərindən evlərini təcili boşaltmağı tələb edib: "Sakinlərin telefonlarına bu məzmunda fasilələrlə mesaj göndırilir".

Xəbərdə o da deyilir ki, dünən yanğının söndürülməsinə qatılan 35 və 40 yaşlı iki yerli sakinin tüstüdən boğulaarq hadisə yerində ölüb.

Samir Musayev

MİA.AZ