"Terrorla mübarizə NATO kontekstində aparılmalı və bu mövzuda prezident Rəcəb Tayyib Ərdoğanla işləməyə davam edəcəyik".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nun yeni baş katibi Mark Rutte Brüsseldəki qərargahda keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, NATO olaraq cənub aktiv zonada sabitliyi təşviq etmək üçün Yaxın Şərq, Şimali Afrika və Sahel bölgələrindəki tərəfdaşlarla qarşılıqlı fəaliyyəti artıracaq: "Biz ölkələrimizə və xalqlarımıza qarşı terror təhlükəsi ilə mübarizə aparmaq üçün daha çox iş görməliyik".
Türkiyənin terrorla mübarizə və müttəfiqlər arasında embarqoların aradan qaldırılması ilə bağlı gözləntiləri ilə bağlı sualı cavablandıran Rutte deyib ki, Niderlandın baş naziri olduğu dövrdə prezident Rəcəb Tayyib Ərdoğanla bu istiqamətdə birgə çalışmaları olub: "Biz yaxın dostuq və terrorla mübarizə mövzusunda həmfikir olduğumuzu deyə bilərəm. Aydındır ki, terrorla mübarizə NATO çərçivəsində bizim də həll etməli olduğumuz bir məsələdir. Terrorla mübarizədə prezident Ərdoğanla işləməyə açıq olacağıq".
Lamiyə Əhmədli
MİA.AZ