İsrail Livanın cənubunda bir evi vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA yazıb.
NNA bildirib ki, İsrail döyüş təyyarələri Livanın cənubundakı Əd-Davudiyyə qəsəbəsində bir evi bombalayıb: "Hücum zamanı eyni ailədən olan 10 nəfər həlak olub, 5-i yaralanıb. Ölənlər arasında uşaqlar da var".
Xatırlaadq ki, sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla, Livanda ümumilikdə 1273 nəfər ölüb.
Firudin Səfərli
MİA.AZ