Yaponiyada baş nazir Kişida Fumio və onun liderlik elədiyi hökumət tam tərkibdə istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb onların partiyadaxili seçkidə uduzması olub.
Məlumata görə, Yaponiyada hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilən İşiba Şiqerunun baş nazir postunu tutacağı gözlənilir.
Ölkənin NHK dövlət televiziyasının xəbərinə görə, İşibanın hələ namizədliyi irəli sürülüb təsdiqlənmədən 2021-ci ilin oktyabrından bu vəzifədə olan Kişida Fumio və onun komandası qəfil qərarla kütləvi istefa veriblər.
Kişida operativ mətbuat konfransı təşkil edəərk orada 3 illik vəzifə dövrində xidmətini sadalayıb, Yaponiyanı daha da irəli apardıqlarını bildirib.
Onu da qeyd edək ki, LDP lideri və baş nazir Kişida Fumio avqust ayında partiyadaxili ianə fondundakı mənimsəmə iddiaları ilə bağlı yarananan qalmaqaldan sonra xalqınona inamını sarsıldığını etiraf edərək, istefa verəcəyini açıqlamışdı.
Sentyabrın 27-də 9 namizədin iştirak etdiyi qurultayda LDP-nin keçmiş baş katibi, əvvəllər kənd təsərrüfatı naziri və müdafiə naziri vəzifələrində çalışmış İşiba Şiqeru ikinci turda qalib gələrək partiya sədri olub.
Lamiyə Əhmədli
MİA.AZ