Azərbaycan Mərkəzi Bankı "Xalq Sığorta" ASC-nin vəzifəli şəxsini cərimələyib.
Mia.az xəbər verir ki, bankım apardığı cari nəzarət prosesləri çərçivəsində “Sığorta fəaliyyəti haqqında” qanunun 78-ci maddəsinin tələblərinin pozulduğu məlum olub.
Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq sığorta şirkətinin rəhbər şəxsi 300 manat cərimələnib.