Babək Rayon İcra Hakimiyyəti (RİH) Nehrəm qəsəbəsində üç ədəd sanitar qovşağın tikintisinin satınalınması ilə bağlı tender elan edib.
Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, sanitar qovşaqların hər birinin sahəsi 32 kvadrat metr nəzərdə tutulub.
Sanitar qovşaqların hər biri bünövrədən tikilərək və bütün aksesuarlarla təchiz olunaraq tam istifadəyə veriləcək.
Babək Rayon İcra Hakimiyyəti üç sanitar qovşağın tikilərək zəruri avadanlıqlarla tam təchiz olunmasının 175 min manata başa gələcəyini proqnozlaşdırıb.