Türkiyənin Tunceli bölgəsində PKK terrorçularına qarşı dağlıq ərazidə əməliyyatlar keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Tunceli valilyi məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat zamanı terrorçuların istifadə etdiyi 30 sığınacaq və mağara məhv edilib: "6-28 sentyabr tarixləri arasında Tunceliyə bağlı olan Aliboğazı, Ahbanos, Işıkvuran, Dereova və Sarıyayla bölgələrində terror təşkilatlarına qarşı əməliyyat keçirib. Dağlıq və meşəlik ərazilərdə axtarışlar zamanı terrorçuların istifadə etdiyi 30 sığınacaq və mağara müəyyən edilərək yararsız hala salınıb. Sığınacaqlarda və mağaralarda aparılan axtarışlar zamanı 6 ədəd kustar üsulla hazırlanmış partlayıcı atıcı qurğu, 164 ədəd piyada tüfəngi patronu, 52 ədəd boru, 6 ədəd batareya və yaşayış üçümn lazım olan bir çox əşyalar götürülüb".
Lamiyə Əhmədli
MİA.AZ