2020-ci ildə bir polis zabitini öldürən silahlı soyğunçular haqqında verilənedam hökmü açıq məkanda - ictimaiyyət qarşısında icra olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İranın Mizan Xəbər Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, 2020-ci ildə Xomeyn rayonunda silahlı quldurluq edənlər onları həbs etmək istəyən polisi gülləyiblər: "Hadisədən sonra hər iki soyğunçu tutularaq məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onların hər ikisinin asılmasına qərar verib. Qərar dünən xalqın gözü qarşısında icra edilib".
Firudin Səfərli
MİA.AZ