İsrail ordusu Livanın cənubundakı Ayn əl-Delb bölgəsini də atəşə tutub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, Ayn əl-Delb bölgəsinə olan hücumunda 36 nəfər ölüb, 57 nəfər yaralanıb
Qeyd olunub ki, bununla da sentyabrın 17-dən bu yana İsrailin hücumları nəticəsində 104-ü uşaq və 194-ü qadın olmaqla, 1127 nəfər ölüb, minlərlə yaralı var.
Bundan başqa, ölkədə 200 mindən çox qaçqın ordusu yaranıb.
Firudin Səfərli
MİA.AZ