İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a bağlı hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb.

Bu barədə “İnterfaks” “The Times of Israel” nəşrinə istinadən məlumat yayıb.

Livanın LBCI telekanalının məlumatına görə, İsrail Beyrutun cənubuna da zərbələr endirib, bütün paytaxtda güclü partlayışlar eşidilib. Paytaxtın səması qara tüstüyə bürünüb.

Amma İsrail hərbçilərinin hansı hədəflərə hücum etdiyi hələlik bəlli deyil.

Xatırladaq ki, daha əvvəl Nyu Yorka səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun komandanlığın qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər “Hizbullah”a qarşı zərbələrini davam etdirəcəyini bildirmişdi./Report