Türkiyə ordusu İraq və Suriyada daha bir əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyatla 21 terrorçu zərərsizləşdirilib: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara və Asos bölgələrində aşkarlanan 21 PKK, Suriyanın şimalındakı Fərat Qalxanı bölgəsində isə 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Nazirlikdən bildirilib ki, harada olurlarsa olsunlar, terrorçulara aman tanınmayacaq.
Firudin Səfərli
MİA.AZ