ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində öz adını daşıyan yeni saat seriyasını satışa çıxarıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, “Truth Social” sosial media platformasında elan və saatını fotosunu yayıb.

 Tramp “Trump Watches” adı ilə satışa çıxarılan saatların bir markasına 100 min dollar qiymət qoyub.

Tramp tərəfdarlarına bu saatların Yeni il hədiyyəsi kimi ideal olacağını deyib və satın almaq üçün link paylaşıb.

Saatların əksəriyyəti 499 dollara satışa buraxılıb: "Yalnız məhdud sayda olan "Tourbillon" seriyasının qiyməti 100 min dollar müəyyən olunub"

Məlumata görə, bu saatlardan cəmi 147 ədəd istehsal olunub.

Xatırlaadq ki, Tramp 2024-cü il seçki kampaniyasına başladıqdan sonra adı və imicini markalaşdıraraq milyonlarla dollar gəlir əldə edib. Keçən il NFT INT, LLC ilə lisenziya müqaviləsi sayəsində 7,2 milyon dollar qazanan Tramp bu dəfə saat biznesinə keçid edib.

Keçmiş prezident həmçinin qızıl ayaqqabılar, Tramp temalı İncil seriyası və sair satışlarda da rol alıb.

Samir Musayev

MİA.AZ