Hindistanın Bihar əyalətində dini ayinlər zamanı böyük faciə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ənənəyə uyğun olaraq dini ayinlər üçün çaylara girən 37-si uşaq olmaqla, 46 nəfərin boğularaq ölüb.
“Hindustan Times” qəzeti yazıb ki, hadisə qadınların uşaqları ilə birgə dua üçün çaya girmələri zamanı baş verib: "Təəəssüf ki, çayda itkin düşən xeyli insanımız da var. Onların meyitlərinin axtarışları davam edir. Bu, həm də itkilərin çoxalacağı deməkdir".
Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib. O, faciə ilə üzləşən ailələrə təzminat ödəniləcəyini də deyib.
Firudin Səfərli
MİA.AZ