İsrail Qəzzaya içində 88 cəsədin olduğu konteyner göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Qəzzadakı Fələstin hökuməti İsrailin konteynerlə göndərdiyi 88 ​​cəsədi qəbul edib.

Fələstin hökumətindən bildirilib ki, hökumət adından Səhiyyə Nazirliyi cəsədləri qəbul etmək üçün ekspert komitəsi yaradıb: "Biz çərşənbə günü cəsədləri qəbul etməkdən imtina etdik, çünki onlar beynəlxalq protokollara əməl olunmadan gətirilmişdi".

Qəzza hökumətinin Media Ofisinin direktoru İsmayıl Sevabite deyib ki, İsrail qüvvələr cəsədləri heç bir beynəlxalq və yerli nəzarət olmadan, ən əsası, ölənlərin kimliyi, yaşları, cinsi və ya hansı bölgələrdən olduqları ahqda hər hansı informasiya vermədən göndərildiyi üçün qəbuldan imtina olunub: "Çünki cəsədlərin hamısı demək olar ki, çürüyərək tanınmaz hala düşüblər.."

Sevabite əlavə edib ki, sonradan hökumət şəhidlərin şərəfinə yaraşan şəkildə cənazələrin qəbulu üçün aidiyyatı şəxslərdən ibarət bir komitə yaradəb, müəyyən işlər aparıldıqdan sonra 88 cəsədin olduğu konteyneri bu gün qəbul edib: "Rəsmi prosedurlar başa çatdıqdan sonra cənazələr Xan Yunusda torpağa verilib".

Tahir Şəlvəli

MİA.AZ