İsrail ABŞ-dən davam edən hərbi səyləri dəstəkləmək məqsədi ilə 8,7 milyard dollarlıq yardım paketi alacaq.
Məlumatı İsrailin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirin ABŞ-dən yardım paketi almağa dair Vaşinqtonda keçirdiyi danışıqlar başa çatıb.
İsrailin bu paket çərçivəsində yardım alacağı vaxt və silah barədə rəsmi məlumatda bildirilməyib./Report