""Problem tək stadionla bağlı deyil. İddialara görə, “Sumqayıt FK”ın prezidenti Riad Rəfiyevin işini Sumqayıt prokurorluğu araşdırır. Onun millinin sabiq futbolçularından birinə borcu olduğu və bunu ödəməkdən imtina etdiyi bildirilir".
Mia.az xəbər verir ki, bu məlumatı Matç.az saytının Baş redaktoru İxtiyar Əsgərov Feysbuk-dakı səhifəsində yazıb.
Baş redaktor daha sonra yazıb ki, klubun stadionuna verilən qaz da kəsilib: "Bir müddətdir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazı borc səbəbiylə kəsilib. Qaza görə yaranmış borcun məbləğinin 100 min manata yaxın olduğu bildirilir. AFFA İntizam Komitəsi isə borcun ödənmədiyinə görə klubu hər oyun 500 manat cərimə edir. “Sumqayıt” futbol klubundan isə bildirilib ki, borcun çoxu klubun yox, stadionun borcudur.
Ən maraqlısı isə odur ki, Belarusun “Dinamo” klubu Ukrayna müharibəsinə görə ev oyunlarını Sumqayıtda keçirəcək. Sizcə, onları da soyuq suda çimizdirəcəklər?".
Fərid
MİA.AZ