Vaxtilə Türkiyə Super Liqasının şempionu olan və hazırda 3-cü liqada oynayan "Bursaspor" tarixiniən ağır ilini yaşasa da, azarkeşləri komandaya sevgisini azaltmayıb. Əksinə, dar gündə komandanı daha çox "qucaqlayıblar".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün 3-cü Liqanın 1-ci Qrupun 4-cü turunda "Bursaspor"un "Muşspor"la matçına rekord sayda tərəfdar gəlib.

Məlumata görə,  43 min 160 azarkeş oyunu stadiondan canlı izləyib.

Oyuna gəldikdə isə matç bərabər bitib - 0:0 .

Bu nəticə ilə liqada ilk xalını itirən “Bursaspor” top fərqi ilə ikinci pilləyə düşüb.

Fərid aslan

MİA.AZ