Livandan İsrailin şimalındakı Akko şəhərinə 45 raket fırladılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama  yayıb.

Bildirilib ki, atılan raketlərin çoxu hava müdafiə sistemləri tətəfindən havada zərərsizləşdirib: "Lakin bəzi raketlər şəhərə düşüb. Buna cavab olaraq İsrail döyüş təyyarələri Livanın müxtəlif bölgələrində Hizbullaha aid olan hərbi təyinatlı binalar da daxil olmaqla bir çox hədəfləri məhv edib".

"Hizbullah" isə İsraildəki hərbi sənaye kompleksini raketlərlə vurduğunu bəyan edib: "Qəzzada Fələstin xalqının müqaviməti ilə həmrəylik nümayiş etdirmək və Livan və xalqını qorumaq üçün Hayfa və Zvolon bölgəsində yerləşən hərbi sənaye kompleksləri tərfimizdən vurulub".

Tahir Şəlvəli

MİA.AZ