Livanda israilin hücumlarından qaçan sərhədyanı bölgələrin əhali üçün 533 sığınacaq mərkəzi yaradılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın daxili işlər naziri Bessam əl-Mövlevi açıqlama verib.
O bildirib ki, İsrailin hücumları nəticəsində ölkə daxilində köçkünlər üçün ayrılmış 533 sığınacaq mərkəzində indiyədək 70 min 100 nəfər insan yerləşdirilib: "Bu müddət ərzində 13 min 500 suriyalı isə Livanı tərk edərək ölkələrinə qayıdıb. Hesab edirəm, qısa müddətdə daha çox suriyalı vətəninə dönəcək. Buna Suriya prezidenti Bəşər Əsədin bir neçə gün əvvəlki əfv sərəncamı da öz təsirini göstərir".
Tahir Şəlvəli
MİA.AZ