Fələstinin HƏMAS və Fəth hərəkatları Qəzza zolağında mülki idarəetmə məsələsi ilə bağlı konsensus əldə edib.
bu barədə "Al Arabiya" telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.
O bildirib ki, razılaşmaya əsasən, HƏMAS Qəzzada sərhəd-keçid məntəqələrinə nəzarət etməyəcək.
“Gələn həftə hərəkatlar barışıq çərçivəsində görüş keçirəcək”, - mənbə əlavə edib.
Hazırda Fələstin rəsmiləri Qəzza zolağının idarə olunması məsələsi ilə bağlı təmasdadır. Qeyd edilir ki, müzakirə olunan məsələlər arasında müstəqil xadimlərdən ibarət yerli administrasiya, o cümlədən hər iki hərəkatın və digər Fələstin fraksiyalarının razılıq verəcəyi halda texnokratlar hökumətinin yaradılması da yer alır./Report