Misirin xarici işlər naziri Badr Abdulati BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) "dişsiz"likdə ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Livan-İsrail savaşı ilə bağlı  fövqəladə sessiyasında çıxışında söz açıb..

O, İsraili işğalçı, MT TŞ-ni isə fəaliyyətsiz təşkilat sayıb: “Hazırda Livanda şahidi olduğumuz hadisə Birləşmiş Millətlər Təşkilatının qurucu üzvü olan bir dövlətin suverenliyinin açıq şəkildə pozulmasına yönəılik işöalçı bir hücumdur. İsrailin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, beynəlxalq hüququ tamamilə pozaraq Livana hücumları yüzlərlə insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olub və on minlərlə Livan vətəndaşını məcburi köçkün olmağa məcbur edib. Livanın hazırda yaşadığı faciə BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında bir ildir davam edən müharibəni dayandırmaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməməsinin biabırçı nəticəsidir. Bir ildir Qəzzada və hazırda Livanda baş verənlər dayandırlmasa, çox güman ki, bölgənin digər bölgələrinə də yayılacaq".

Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tam şəkildə yerinə yetirilməməsinin qəbuledilməz olduğunu bildirən Abdulatinin sözlərinə görə, İsrail Livan ərazisi və hava məkanının suverenliyini davam etdirən pozuntularına dərhal və qeyd-şərtsiz son qoymalıdır: "Yaxın Şərq regionunda tam sabitlik, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinin tam və dərhal yerinə yetirilməsi və Qəzzada müharibənin dayandırılmasından asılıdır. Qəzzada qətliamın dayandırılmasa, çox yaxında dialoq üçün yer qalmayacaq".

Tahir Şəlvəli
MİA.AZ