Prezident Ərdoğanın müşaviri, Prezident yanında İqtisadi Siyasətlər Şurasının üzvü Yiğit Bulut senasiyalı bəyanat verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyənin BRİKS-ə yaxınlaşmasına "ağız büzənlər"ə cavab olaraq status paylaşıb.
BRİKS-ə üzv olmaqla bağlı Türkiyənin müraciətinin Cümhuriyyət tarixinin ən mühüm hadisəsi olduğunu bildirən Yiğit Bulut yazıb: "Türkiyə artıq miqrantları saxlayan, Amerikanın həzm edə bilmədiyi, Qərbin arzuolunmaz müttəfiqi olmağa davam edə bilməz. Türkiyə öz yolu ilə getməlidir. Biz ayıq-sayıq olmalı, obyektiv və qərəzsiz olaraq faktları öyrənməliyik. İsrail qısa müddətdə Məscidül-Əqsa və digər müqəddəs yerlərimizə hücum çəkəcək. Ardıycanda cənab Prezidentimizin dəfələrlə vurğuladığı kimi, hədəf Türk yurdu olacaq.
Lütfən, gözümüzü açaq. Bundan 100 il əvvəl Qərb birləşib türk yurduna hücum etdi, o zaman "taşeron" Yunanıstan idi. 100 il sonra eyni hücum gəlir, görürük! Bu dəfə "taşeron ölkə" İsraildir. Yuxuda olanlar, oyan, bəlkə yanmaq vaxtıdır. Həqiqəti görənlər bir yerə yığışsınlar, indi qorxmadan söz deməyin vaxtıdır”.
Firudin Səfərli
MİA.AZ