Meksikanın yeni və ilk qadın prezidenti Klaudiya Şeynbaum Pardonun oktyabrın 1-də keçiriləcək andiçmə mərasiminə İspaniya Kralı VI Felipenin dəvət edilməsi iki ölkə arasında gərginliyi böyüdüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İspaniya XİN bəyanat yayıb.

Bəyanatda Kral VI Felipenin mərasimə dəvət edilməməsi qəbuledilməz olduğu qeyd edilib: "İspan hökuməti oktyabrda Mexikoda keçiriləcək Meksikanın seçilmiş prezidenti Klaudiya Şeynbaum Pardonun andiçmə mərasimində Kral VI Felipenin qonaqlar arasında yer almamasını qəbuledilməz hesab edir. Buna görə də İspaniya hökuməti bu mərasimə bir nümayəndə belə göndərməyəcək"

Xatırladaq ki, iki ölkə arasında siyasi böhrana səbəb olan hadisənin arxasında Claudia Sheinbaum Pardonun iyul ayında seçki kampaniyası zamanı "Vaxtilə ölkəmizdə bu qədər qətliam törədən İspaniyadan üzrxahlıq tələb etmək lazımdır" demişdi. 

Məhz bundan sonra iki ölkə arasında keçmişdən qaynaqlanan gərginlik artan xətlə davam etməyə başlayıb.

Lamiyə Əhmədli

MİA.AZ