"“Hizbullah" Qərb ölkələri, Avropa ölkələri və ABŞ-ın ən müasir silahlarla dəstəklədiyi bir rejimə qarşı təkbaşına dayana bilməz”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian Nyu Yorkda CNN televiziyasına müsahibəsində deyib.

Pezeşkian İsrailin Livana açıq hücumlarının qəbuledilməz olduğunu deyib: "İsrailə başqa bir Qəzza yaratmasına icazə vermək olmaz. Biz buna imkan verməyəcəyik. Əgər İsrail Livana hücumları dayandırmasa, bölgə daha genişmiqyaslı müharibəyə girəcək".

Firudin Səfərli

MİA.AZ