Bu gün Avropa Liqası ilk oyunu çərçivəsində Yunanıstanın PAOK komandası ilə qarşılaşacaq "Qalatasaray"lın baş məşqçisi Okan Buruk iddialı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, RAMS Parkda Bakı vaxtilə saat 23.00-da başlayacaq matçdan əvvəl Florya Metin Oktay Təsislərində təşkil edilən mətbuat konfransında sualları cavablandıran Okan Buruk Avropa Liqasındakı hədəflərinin böyük olduğunu deyib.
O, Çempionlar Liqasındakı uğursuzluqdan sonra bu yarışda çempionluğa doğru irəlilələmək istədiklərini bəyan edib: "Hədəflərimizə doğru inamla irəliləyəcəyimizə inanıram. Təbii ki, ilk matç çox önəmlidir. Məqsədimiz qalib gəlməkdir. Azarkeşlərimizin hər zaman olduğu kimi, bu gün də bizimlə olacağını bilirik. Onlarla daha güclü olacağıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Okan Buruk "Fənərbağça" derbisindəki qələbədən sonra futbolçularına arxayınlaşmamağı xatırlatdığını qeyd edib.
Xatırladaq ki, TRT1 oyunu canlı yayımlayacaq
Fərid Aslan
MİA.AZ