İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) əməkdaşı və təşkilatın müqaviləli işçisi həlak olub.
Bu barədə qurumun Livandakı nümayəndəliyinin bəyanatında bildirilir.
“BMT QAK Livandakı QAK ailəsinin iki əziz üzvünün ölümündən qəzəb və dərin kədərini ifadə edir”, - bəyanatda deyilir.
Qeyd olunur ki, Livanın şərqindəki Bekaa vadisində BMT QAK-ın ofisində 12 il işləyən Dina Dərvişin ailəsinin yaşadığı evə İsrailin atdığı raketin düşməsi nəticəsində o, kiçik oğlu ilə birlikdə həlak olub./Report