Bu gün Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.
Nazirlər Kabinetindən Mia.az-a bildirilib ki, iclasda 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub.
Qeyd olunub ki, büdcə zərfinə daxil olan sənəd və məlumatlar Prezidentə təqdim ediləcək.