İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində reyddlərə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.

Məlumata əsasən, bu gün İordan çayının qərb sahilinin müxtəlif şəhər və qəsəbələrinə basqınlar  həyata keçirən İsrail qüvvələri 25 fələstinlini saxlayıb: "Bununla da oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə həbs edilən fələstinlilərin sayı son həbslərlə 10 min 900-ü keçib".

Tahir Şəlvəli

MİA.AZ