Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya və Misir İsrailin Livana hücumlarına qarşı etiraz bəyanatları veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada Livana hücumun böyük narahatlıq yaratdığı bəyan edilib: "Bu hücum bölgədə müharibənin daha da genişlənməsinə səbəb ola bilər".

XİN bölgədə təhlükəsizlik və sabitlik naminə savaşa son verilməsini tələb edib.

BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında da İsrailin Livanın cənubuna hücumlarından narahatlıq ifadə olunub: "Qan tökülməsinin qarşısını almaq üçün beynəlxalq səylər güclənməlidir. Mövcud mübahisələr zorakılıqla deyil, diplomatiya yolu ilə həll edilməlidir".

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi isə açıq şəkildə Libana dəsətk bəyanatı verərək, İsraili işğalçı dövlət sayb: “İsrail dərhal hücumları dayandırmalıdır".

Misir Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı hücumunu pisləyib: "Qadın və uşaqların da olduğu yüzlərlə livanlının ölümünə səbəb olan genişmiqyaslı hərbi “əməliyyatlara dərhal son verilməlidir. İsrail Livanın suverenliyi və ərazi bütövlüyünə qarşı hərəkətlərində əl çəkməlidır."

Misir XİN beynəlxalq qüvvələr və BMT-ni bu hücumu dayandırmaq üçün dərhal müdaxilə etməyə çağırıb.

Tahir Şəlvəli

MİA.AZ