"Hizbullah" İsrailin şimalında iki hərbi hava limanı, bir baza və partlayıcı zavoduna 6 raket fırladıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Hizbullah"ın Telegram hesabından açıqlama verilib.

Qeyd edilib ki, ölkənin şimalındakı Afula şəhərinin qərbində yerləşən Megiddo Hərbi Hava Limanın "Fadi 1" və "Fadi 2" raketləri ilə ard-arda 3 dəfə bombardman olunub: "Ramat David bazası və hava limanı isə "Fadi 2" raketləri ilə vurulub. Həmçinin, İsrail ordusunun şimal bölgəsinə nəqliyyat və logistik dəstək verən əsas baza olan Amos bazasıma da "Fadi 1" raketləri ilə zərbə endirilib. Eyni zamanda, Livan sərhədindən təqribən 60 kilometr aralıda yerləşən Zihron bölgəsindəki partlayıcı isethsal edən zavod da "Fadi 2" raketləri ilə vurulub".

Qruplaşma itkilər haqda xəbər verməyib. Yallnız o bildirilib ki, "bu hücumlar Qəzza zolağında Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək olmaq və Livan xalqını müdafiə etmək üçün həyata keçirilib".

İsrail ordusu bu hücumla bağlı hələlik açıqlama verməyib.

İsrail mətbuatı isə raket hücumunu dolaysı ilə  təsdiqləyib: "Livandan atılan raketlər nəticəsində Nazaret şəhəri, Afula və İsrailin şimalındakı Qaliley bölgəsindəki bir çox qəsəbədə həyəcan siqnalları çalınıb. İlkin məlumata görə, Hizbullah tərəfindən İsrailə 20 raket atılıb, onblardan çoxu havada zərərsizləşdirilib, qalanları isə boş ərazilərə düşüb".

Tahir Şəlvəli

MİA.AZ