İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə növbəti hücum həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarsi "Telegram" hesabında açıqlama yayıb.
Bildirilib ki, hücum nəticəsində 12 dinc fələstinli həyatını itirib, 25-i yaralanıb: "Kayzan ən-Nəccar bölgəsində Əbu Hərb adlı şəxsin ailəsinin yaşadığı evə bomba atılıb. Nəticədə dağıntılar altından 5 nəfərin cəsədini çıxarıb, 10 nəfər isə yaralanıb. Bundan başqa, Et-Tahliye bölgəsində Əbu Cərbu ailəsinin evinə olunann hücumda isə 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb".
Firudin Səfərli
MİA.AZ