Bu gün Türkiyə Super Liqasının 6-cı turunda "Trabzonspor" səfərdə "Qaziantep FK" ilə qarşılaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu mövsüm liqada keçirdiyi 5 oyunun hamısında heç-heçə edən Qara dəniz komandası baş məşqçi Şenol Günəşin rəhbərliyi altında üçüncü heç-heçəni yaşayıb.
Qaziantep Böyükşəhər stadionunda keçirilən oyunda qapılara qol vurulmayıb - 0:0.
Onu da qeyd edək ki, "Trabzonspor"un matçın 59-cu dəqiqəsində vurduğu qol VAR yoxlamasından sonra ləğv edili
Bu nəticə ilə Trabzonspor liqada qələbə üzünə həsrət qalıb.
Bu nəticədən sonra "Trabzonspor" xallarını 5-ə yüksəldib. Qaziantep FK isə 4 xala sahiblənib.
“Trabzonspor” növbəti həftə doğma meydanda “Konyaspor”u qəbul edəcək. "Qaziantep" isə səfərdə "Eyüpspor"la "döyüşəcək".
Fərid Aslan
MİA.AZ