"Fənərbağça"dan İngiltərə Premyer Liqa təmsilçisi "Brayton"a transfer olunan türkiyəli Ferdi Kadıoğlu yeni komandasında ilk qolunu vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə Liqa Kubokunun 3-cü turunda "Brayton" doğma meydanda "Vulverhempton"la qarşılaşıb.

"Fənərbağça"dan 30 milyon avro qarşılığında "Brayton"a transfer olunan Ferdi Kadıoğlu oyuna ehtiyat oyunçular skamyasında başlayıb.

Ev sahibi komanda 14-cü dəqiqədə Karlos Baleba, 31-ci dəqiqədə Simon Adinqranın qolları ilə iki top fərqi ilə önə çxıb - 2:0

"Vulverhempton" 44-cü dəqiqədə Qonçalo Quedesin qolu ilə fərqi azaldıb - 2:1.

 82-ci dəqiqədə Yankuba Mintehin yerinə oyuna daxil olan Ferdi 3 dəqiqə sonra fərqi artıırb - 3:1.

Bununla da o, "Brayton"da ilk qoluna imza atıb.

Volverhempton 90+1-dəi 1-ə endirsə də, oyun "Brayton"un 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Bu nəticə ilə mavi-ağlar İngiltərə Liqa Kubokunun növbəti mərhələsinə yüksəlib.

Fərid Aslan

MİA.AZ