Türkiyədə sabiq baş nazir Əhməd Davutoğlunun lideri olduğu Gələcək Partiyası ilə sabiq iqtisadiyyat naziri Əli Babacanın sədri DEVA Partiyası birləşir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər iki partiyanın parlamentdə deputatları olduğundan onların birləşməsi siyasi gündəmi silkələyib.

Məlumata görə, birləşmədən sonra yeni partiya DEVA Partiyası adlanacaq: "Partiyanın yeni sədri Əli Babacan, fəxri lideri isə Əhməd Davutoğlu  olacaq".

Məlumata görə, yeni partiya gələcək prezident seçkilərində Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın namizəd olacağı təqdirdə, ona şərtsiz dəstək verəcəklərini indidən bəyan edibər: "Yox, əgər o, olmazsa, o zaman partiya öz namizədi ilə seçkiyə qatılacaq".

Lamiyə Əhmədli

MİA.AZ