Livan Səhiyyə Nazirliyi İsrailin bugünki hücumu ilə bağlı rəsmi məlumat yayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, İsrailin bu gün səhərdən başlayaraq Livana hücumları nəticəsində 100 nəfər ölüb, 300 nəfər isə yaralanıb: "Ölən və yaralananlar arasında qadınlar, uşaqlar və tibb işçiləri də var".
Livan mediası isə yazır ki, ölkənin İsraillə sərhədində yaşayan insanlar artıq bölgəni tərk etməyə başlayıb.
Xatırladaq ki, İsrail ordusu bu gün səhərdən indiyədək Livanda 300-dən çox hədəfə zərbə endirdiyini bəyan edib.
Zülfiyyə
MİA.AZ