İsrail əsgərləri İordan çayının qərb sahilində məktəbdə şagird və müəllimləri saxlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə bölgənin şimalındakı Selfit şəhərində baş verib.

Məlumata görə, İsrail əsgərləri Selfit şəhərinin Harir kəndindəki məktəbə basqın edərək bəzi şagird və müəllimləri həbs ediblər: "Saxlanılanların sayı barədə məlumatı hələ də dəqiqləşdirmək mümkün olmasa da, məktəbdə tədiris dayandırılıb. İsrail əsgərləri hələ də məktəbin içində qalmaqdadırlar...".

Məlumada deyilir ki, İsrail ordusu son iki gündür ardıcıl olaraq Haris kəndinə basqın edir, evlərdə axtarış aparır.

Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, kənddə xeyli adam qandallanıb.

Tahir Şəlvəli

MİA.AZ