Almaniyanın şərq əyalətlərindən biri olan Brandenburq əyalət parlamentinə seçki keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, seçkilərdə baş nazir Şoltsun lider olduğu Sosial Demokrat Partiyası (SPD) 30,9 faiz səslə qalib gəlib.
Bununla da SPD Brandenburqda 1990-cı ildən bəri ardıcıl səkkizinci dəfə əyalət seçkilərində qalib gələn partiya ünvanına sahiblənib.
Məlumata görə, opartiya əvvəlki seçkilərlə müqayisədə səsini 4,7 faiz artırıb.
İfrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) 29,2 faiz səslə ikinci olub: "AfD də 2019-cu il seçkiləri ilə müqayisədə səslərini 5,7 faiz yüksəldib. Əyalətdə ilk dəfə seçkilərə qatılan "Sahra Wagenknecht Alliance - Anlaşma və Ədalət naminə" (BSW) 13,5 faizlə üçüncü partiya oldu. Xristian Demokratik Birlik Partiyası (CDU) Brandenburq ştatında keçirilən seçkilərdə 12,1 faizlə toplamaqla, indiyə qədərki ən pis nəticəni qazanıb.
5 faizlik baryeri keçə bilməyən Yaşıllar, Sol Partiya, Azad Demokrat Partiyası (FDP) və "Azad Seçicilər" əyalət parlamentindən kənarda qalıblar".
ABŞ-da səfərdə olan Baş nazir Olaf Şolts seçkilərin nəticələri ilə bağlı jurnalistlərinsualına cavabda deyib: "Əlbəttə ki, qalib gəlməyimizdən məmnunam. Qələbə qazanmağımız çox gözəldir".
Lamiyə Əhmədli
MİA.AZ