İranın Şimali Xorasan ostanında zəlzələ nəticəsində 28 nəfər yaralanıb.

Bu barədə Şimali Xorasanın Fövqəladə Vəziyyət Xidmətinin rəhbəri bildirib.

Onun sözlərinə görə, zərərçəkmişlərdən 12-si xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, daha əvvəl sözügedən bölgədə 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı./Report