Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, Eldar Sabiroğlunun Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, "AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla bağlı səsləndirdiyi fikirlər cavabsız qalmayıb.
A.Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasov məsələ ilə bağlı AzNews.az-a açıqlama verərək ilk olaraq, belə bir adamı tanımadığını deyib: "Hə, o Müdafiə Nazirliyindən qovulan Eldar Sabiroğlunu deyirsiniz? O kimdir ki "İstiqlal” ordenindən danışır? Nə deyibsə, Allah canını sağ eləsin. Ramazan ayı mübarək, süfrəsi ruzi bərəkətli olsun. Allah ürəyinə görə versin”.
Qeyd edək ki, E.Sabiroğlu publika.az-a açıqlamasında Abbas Abbasovun "İstiqlal” ordenini əlindən alınmalı olduğun bildirib.