Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesini müzakirə edib.

Bu barədə A.Qriqoryan sosial şəbəkə hesabında məlumat verib.

Danışıqlar zamanı tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.

Bundan başqa, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri müzakirə olunub./Report