Pakistan Hindistandan Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanmış 64 illik "Hind Suları Müqaviləsi"nə (IWT) əməl etməsini istəyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç paytaxt İslamabadda keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mətbuat katibi deyib ki, "Hind Suları Müqaviləsi"nin illərdir iki ölkənin mənafeyinə xidmət edən əhəmiyyətli bir razılaşmadır: "Biz inanırıq ki, bu, suyun bölüşdürülməsinə dair ikitərəfli sazişlərin qızıl standartıdır. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Biz Hindistanın da sazişə qeyd-şərtsiz əməl etməsini gözləyirik. Bildiyiniz kimi, sazişə uyğun olaraq, iki ölkənin müqaviləyə nəzaərt edən komissarları var. Və onlar sayəsində suyun idarəedilməsində ortaq bir mexanizm formalaşıb. Pakistan bu mexanizmə uyğun davranaraq ekoloji tarazlığı təmin etmək, ətraf mühitimizi qorumaq və mənfi addımlardan qaçınmaq üçün hər şeyi edir. Çünki bölgəmiz üçün ortaq bir məsuliyyət daşıdığımızın fərqindəyik. İnanırıq ki, Hindistanda da belə davranacaq və bütün problemləri bu mexanizmə uyğun şəkildə masa arxasında müzakirə edəcək"
Xatırladaq ki, Hindistan son illər Pakistanı daha çox sudan istifadə ittiham edir. Hətta avqustun 30-da İslamabad administrasiyasını notaya bənzər ultimatum veriblər: "Rəsmi Dehli sözügedən sazişə yenidən baxılmasını tələb edir. Pakistan isə Hindistanı qərb çaylarında bəndlər tikməklə razılaşmanı ardıcıl olaraq pozmaqda günahlandırır. Ancaq Dehli bununla razılaşmır və iddia edir ki, 64 il əvəvl bağlanan sazişdən sonra iqlim çox dəyişib və Pakistana daha çox su ehtiyatı düşüb".
Onu da qeyd edək ki, Hindistan Çinlə də şirin su problemi yaşayır. Rəsmi Dehli Tibetdən başlayan və Hindistanın suvarma ehtiyaclarının üçdə birini ödəyən Brahmaputra çayının sahillərində Çinin bəndlər tikməsi və hətta bəzi bölgələrdə çayın istiqamətinin dəyişdirməsi, yaxud əlavə qollar çəkməısinə etiraz edir.
Yeri gəlmişkən, 1960-cı ildə Dünya Bankının zəmanəti ilə Pakistan və Hindistan arasında imzalanan Hind Suları Müqaviləsinə əsasən, Hind çayını qidalandıran 6 çaydan Beas, Ravi və Sutlej üzərində nəzarət Hindistana, Hind, Jelum və Çenaba nəzarət də Pakistana verilib.
Hindistana verilən çaylar Hind çayını daha çox qidalandırdığı üçün Pakistana bu çaylar üzərində hüquqlar qazanıb. Sazişə Hindistanın enerji istehsalı, kənd təsərrüfatı və balıqçılıq hüquqlarına malik olacağına dair maddə də əlavə edilib.
Hindistan isə son aylar saldığı yeni bəndlərlə Pakistana daha az su buraxmağa başlayıb. Bu isə iqtisadiyyatının 20 faizinin Hind çayı ətrafındakı fəaliyyətlərdən asılı olan akistanda indidən sıxıntılar yaratmağa başlayıb.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ