Livan iki gün ard-arda peycer və digər xəbərləşmə cihazlarına olunan kiberhücumla bağlı artıq BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) şikayət edib.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə adıçəkilən ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, İsrailin günahsız livanlılara qarşı törətdiyi hərbi cinayət xarakterli kiberterrora hüquqi qiymət verilməli, olay rəsmən pislənilməli və qınanmalı, eyni zamanda, İsrailə qarşı gərəkli tədbirlər görülməlidir.

Şikayətə yaxın vaxtlarda baxılması gözlənilir.

Tahir Şəlvəli

MİA.AZ