CHP-nin son qurultayında çıxışı üçün ona 1 saat qalmış vaxt veriməsinə etirazını tribunadan açıq dillə səsləndirməsindən sonra Türkiyədə gözlər Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşdan çəkilmir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, partiyadan istefa verəcəyi ilə bağlı deyilənləri təkzib etsə də, yenə də dövrü mətbuatda bu haqda xəbərlər tirajlanır.
O, “Habertürk”ün aparıcısı Çakıra müsahibəsində bir daha CHP-dən istefa verməyəcəyini təkrarlayıb: "Son zamanlar davamlı olaraq kulis məlumatı adı altında əsassız xəbərlərə, köşə yazılarına və şərhlərdə adım çəkilir. Ay "Yavaş partiyasından ayrılacaq". "Başqa bir partiyanın prezidentliyə namizədi olacaq", "Başqa partiya sədri ilə namizədliklə bağlı görüşür" və sair kimi tamamilə yalan xəbər başlıqları atılır. Halbuki, bunların heç biri doğru deyil. Hazırda müzakirə olunan bütün məsələlər, xüsusən də namizədlik məsələsi zamanı gələndə müzakirə olunacaq. Bununla belə, mən indidən belə xəbərlərin tirajlanmasında xoş olmayan məqsəd görürəm və deyirəm ki, heç bir çirkli siyasətə alət olmayacağam”.
Samir Musayev
MİA.AZ