"Dostlar Ehtiyyatlı olun.

Deməli bu MilliÖn, E-manat kimi aparatlar sentyabr ayından ödədiyiniz Kreditlərdən 1% xidmət haqqı tutur".

Mia.az xəbər verir ki, bu xəbərdarlığı sosial media fəalı Haldun Novruzzadə feysbuk-dakı səhifəsində paylaşıb.

O, daha sonra yazıb: "Məsəl üçün 2000 kredit ödəyirsinizsə, 20 manatı MilliÖn avtomatik çıxır və bu Qəbzdə göstərmir deyə sizin də xəbəriniz olmur buna görə də əskik pul ödədiyiniz üçün adınız geçikməyə düşür. Dəhşətdi, hərə bir tərəfdən milləti soyur, bu əsl Dilənçilikdi!".

Samir Musayev

MİA.AZ