Əksər amerikalılar Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin sentyabrın 10-da keçirilən debatda Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan daha yaxşı çıxış etdiyini düşünürlər.
Bunu "The New York Times"ın sorğusunun nəticələri sübut edir.
Sorğunun nəticələri göstərib ki, respondentlərin 67%-i Harrisi debatın qalibi hesab edir. Donald Trampı isə sorğuda iştirak edənlərin yalnız 40%-i qiymətləndirib.
Eyni zamanda namizədləri seçkilərdə eyni sayda seçici - 47% dəstəkləməyi planlaşdırır. Sorğu iştirakçılarının 5%-i hələ seçimini etməyib.
Sorğu sentyabrın 11-dən 16-na kimi 2437 amerikalı arasında aparılıb./Report