Naxçıvanda Mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb.
Mia.az xəbər verir ki, bu barədə Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilərək,nazir müavinlərinin sayı ikiyə çatdırılıb.