"Türkiyənin iqtisadiyyatda, demokratiyada, qlobal siyasətdə, hüquq və azadlıqlarda hədəflərinə çatması üçün yeni konstitusiyaya ehtiyac olduğunu deyirik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada  keçirilən mərasimində deyib.

Onun sözlərinə görə, bu, indi çox vacibdir: "Biz yaxşı bilirik ki, çevrilişlə yaradılan konstitusiya türk demokratiyasına yaraşmır. Mülki vətəndaşlar tərəfindən hazırlanmış sivil konstitusiya bizim qəhrəman xalqımız qarşısında borcumuzdur. Konstitusiyanın ilk 4 maddəsi ilə bağlı mövqeyimiz dəyişməzdir. Bu, dəyişməyəcək, bu məsələdə partiyamızın mövqeyi çox aydındır".

Lamiyə Əhmədli

MİA.AZ