"Ukrayna bu gün gecə saatlarında 54 pilotsuz uçuş aparatı (PUA) ilə Rusiya ərazisinə hücum edib".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Nazirlikdən bildirilib ki, bu hücum cəhdinin qarşısı qətiyyətlə alınıb: "Rusiya hava hücumundan müdafiə sistemləri 54 PUA-nın hamısını zərərsizləşdirib. Onlardan 27-i Kursk vilayətində, 16-ı Bryansk vilayətində, 7-i Smolensk vilayətində, 4-ü Belqorodda vurulub".

Tver vilayəti administrasiyasından verilən məlumata görə, Toropets şəhərində vurulan PUA yanğına səbəb olub: "Vurulan PUA-lar düşdüyü bəzi yerlərdə yanğına səbəıb olub. Əhali dərhal təhülkəsiz yerə təxliyə olunmaqla, yanğın söndürülüb".
 
Zülfiyyə

MİA.AZ